Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsini genişləndirə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bu məsələ iqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı ilə görüşü zamanı müzakirə olunub.
İqtisadiyyat naziri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, Türkiyənin ölkəmizə daimi siyasi və mənəvi dəstəyini vurğulayıb. Bildirilib ki, 15 iyun 2021-ci il tarixində dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması əməkdaşlığımızın genişləndirilməsi üçün yeni imkanlar açır.
Səfir Cahit Bağcı ölkəsinin Azərbaycanla strateji müttəfiqliyini, Türkiyə şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin dirçəldilməsində fəal iştirakını qeyd edib, qardaş Türkiyənin daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.
Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının inkişafı istiqamətləri, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində əməkdaşlıq, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Preferensial Ticarət Sazişi 2020-ci il 25 fevral tarixində Azərbaycan-Türkiyə Əməkdaşlıq Şurasının 8-ci iclasının yekunlarına dair prezidentlər İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə imzalanıb. Sənəd 1 mart tarixində qüvvəyə minib. Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunmasıdır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət