NEQSOL Holding, ADA Universiteti tərəfindən həyata keçirilən layihə çərçivəsində Qazax Müəllimlər Seminariyasının yenidənqurulması və bərpasına vəsait ayıracaq.
Qazax Müəllimlər Seminariyasının yenidənqurma və bərpası layihəsi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, ADA Universitetinin Fondu, NEQSOL Holding və Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndələri tərəfindən 1 oktyabr tarixində Qazax şəhərində imzalanmış Niyyət Sazişinə əsasən həyata keçiriləcək.
Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər.
İmzalanma mərasimindən sonra NEQSOL Holding-in Baş icraçı direktoru cənab Yusif Cabbarov panel müzakirəsində iştirak edib.
“Şübhəsiz ki, özəl sektor təhsil müəssisələrinin səmərəli inkişafına töhfə verə bilər. Azərbaycanın bir sıra görkəmli sahibkarları və fərdləri ötən əsrlərdə sərvətlərini istifadə etməklə təhsilə dəstək verib, ölkədə digərləri üçün nümunə olublar və müasir xeyriyyəçilik mədəniyyətinin yaranmasına təkan veriblər. NEQSOL Holding olaraq, korporativ sosial məsuliyyət siyasətimizə əsasən bu xeyriyyəçilik mədəniyyətini qorumağa və ona dəstək verməyə davam edirik,” deyə, cənab Cabbarov bildirib.
Qazax Müəllimlər Seminariyası 1918-cı ildə məşhur Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin varisi kimi yaradılıb. Məzunları sırasında ölkənin ictimai, mədəni, elmi və təhsil inkişafına töhfə vermiş Azərbaycanın görkəmli yazıçıları, müəllimləri və ictimai xadimləri olub. Sovet dövründə seminariya 20-ci əsrin ortalarında bağlanana qədər pedaqoji texnikum kimi fəaliyyət göstərib.
NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət