Beynəlxalq Arbitraj Məhkəmələri tərəfindən müxtəlif kommersiya müqavilələri üzrə götürülmüş öhdəlikləri yerinə yetirmədiyinə görə, “Palmali” şirkətlər qrupu və qrupun rəhbəri Mübariz Mənsimovla əlaqədar SOCAR-ın lehinə çıxarılmış qərarların tanınması və icrası məqsədi ilə SOCAR Azərbaycan, Türkiyə və Malta məhkəmələrinə müraciət etmişdir.Şirkət, eyni zamanda adı çəkilən ölkələrin məhkəmə və səlahiyyətlı orqanlarına Beynəlxalq Arbitraj Məhkəmələrin qərarlarının icrasını təmin etmək məqsədi ilə “Palmali” şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimova məxsus əmlaka həbs qoyulması barədə iddia ərizəsi ilə müraciət edib. Artıq Türkiyə birinci instansiya məhkəməsi SOCAR-ın əmlaka həbs qoyulması barədə iddiasını təmin etmək haqqında qərar çıxarmış, lakin cavabdeh tərəfin vəkilləri bu qərara etiraz etmişlər. Appelasiya şikayətinə baxan İstanbul Regional Ədalət Məhkəməsi “Palmali” şirkətlər qrupunu təmsil edən vəkillərin iddialarını əsassız hesab etmiş və 7 oktyabr 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin cavabdehlərin əmlakına həbs qoyulması ilə bağlı qərarını qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsinin qərarı qətidir. Azərbaycanda və Maltada isə cavabdehlərin aktivləri üzərinə həbs qoyulması haqqında SOCAR-ın iddiaları daha əvvəl təmin edilmişdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi 8 sentyabr 2021-ci il tarixli qərarı ilə artıq beynəlxalq arbitraj məhkəmələrinin qərarını tanıyıb. Türkiyə və Malta məhkəmələrində hazırda arbitraj məhkəmələrinin qərarlarının tanınması məsələsəinə baxılır.
Xatırladaq ki, “Palmali” şirkətlər qrupu müxtəlif kommersiya müqavilələri üzrə götürdüyü öhdəlikləri pozduğuna görə SOCAR, SOCAR Trading SA, SOCAR Overseas Ltd. və Azerbaijan (ACG) Limited şirkətləri tərəfindən 2018-ci ildə həmin şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimovla bağlı üç müstəqil arbitraj məhkəməsinə - London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Birliyi və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCİTRAL) arbitraj qaydalarına uyğun fəaliyyət göstərən məhkəməyə - müraciət olunmuşdur. Nəticədə, 2020-2021-ci illərdə hər üç müstəqil arbitraj məhkəməsində SOCAR-ın xeyrinə qərarlar verilmişdir. Arbitraj məhkəmələrində “Palmali” şirkətlər qrupunun və qrupun rəhbəri Mübariz Mənsimovun SOCAR-a 240.000.000 ABŞ dollarından artıq pul təzminatı ödəməsinə qərarlar çıxarılmış, eyni zamanda cavabdeh tərəfin əks iddiaları rədd edilmişdir. Göstərilən məbləğin “Palmali” tərəfindən tam ödənilməsinə qədər həmin məbləğə faizlər hesablanması da davam etdiriləcəkdir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət