VTB (Azərbaycan) milli valyutada olan “Universal” əmanəti üzrə baza faiz dərəcələrini artırır. Depozitin maksimum gəlirliliyi illik 10,2% -ə qədər olacaq.
Müştərilər vəsaitlərini milli valyutada 1095 günə, xarici valyutada - 731 günə qədər yerləşdirə bilərlər. Minimum əmanət məbləği milli valyutada 100 manat, xarici valyutada 100 dollar və ya 5000 rubl təşkil edir. Əmanətə vəsaitin əlavə edilməsi mümkündür.
“VTB müştərilərinə şəxsi vəsaitlərinin yığımı üçün ən əlverişli şərtləri təklif etməyə çalışır. Bankımızın depozit məhsullarına və xüsusilə milli valyutada olan əmanətlərə bazarda böyük tələbat var. Qeyd edək ki, fiziki şəxslərin depozit portfeli ilin əvvəlindən 20,8% artaraq doqquz ayın yekunlarına görə 31,7 milyon manat təşkil etmişdir. Əmanətlərə olan yüksək tələbatı nəzərə alaraq, VTB (Azərbaycan) əmanətlər daxilində faiz dərəcələrini artırır və müştərilərə pullarını qazandıqları və ya xərclədikləri valyutada çoxaltmağı təklif edir", deyə, bankın idarə heyətinin sədri vəzifəsini icra edən Yevgeni Borodin bildirdi.
Hazırda VTB (Azərbaycan) müştəriləri faiz gəlirlərini yerləşdirmə müddətinin əvvəlində almağa imkan verən “Avans”, uzun müddətli "Sərfəli" və qısa müddətli "Sərbəst" əmanətlərindən də istifadə edə bilərlər.
Sentyabrın sonuna VTB (Azərbaycan)-ın ümumi depozit portfeli ilin əvvəlindən 16,7% artaraq 96,2 milyon manat təşkil etmişdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət