Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ilə Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçokun görüşündə iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
“Görüşdə iki ölkə arasında fəal siyasi dialoqun aparıldığı vurğulanıb. Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilib”, - deyə məlumatda bildirilir.
Ə.Əsədov Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, o cümlədən də Zəngəzur dəhlizinin Slovakiya və Aİ üçün maraqlı olacağını vurğulayıb. O qeyd edib ki, Azərbaycan Slovakiya da daxil olmaqla dost ölkələrin şirkətlərinin işğaldan azad edilmiş torpaqların bərpasında iştirakında maraqlıdır.
Baş nazir, həmçinin rəqəmsal və yaşıl iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
İ.Korçok Slovakiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, yaxşı siyasi münasibətləri iqtisadi sahəyə də şamil etməyin vacibliyini vurğulayıb.*
A.Salayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət