Caspian Energy Club-un mətbuat xidmətinin məlumatına görə, Telman Əliyev və onun partnyorları Caspian Energy Georgia, Caspian Energy Ukraine və Caspian Energy Uzbekistanda onlara məxsus (50% pay iştirakı) aktivləri satışa çıxarıblar.
“Satışın əsas məqsədi Caspian Energy Clubun-un inkişafına, həmçinin bütün layihələrin gələcəkdə rəqəmsallaşmasına investisiya cəlb etməkdir”, - deyə Caspian Energy Club-un mətbuat xidmətindən bildirilib.
Məlum olduğu kimi, Caspian Energy Georgia, Caspian Energy Ukraine və Caspian Energy Uzbekistan-ın sahibi gürcü, ukrayn, özbək, rus və ingilis dillərində eyniadlı jurnalı nəşr etdirmək hüququ qazanır. Eyni zamanda Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy News, Caspian Energy Investor, Caspian Energy Jobs və Caspian Energy Info-nun layihələrinə tam və ya qismən inteqarsiya nəzərdə tutulub.
Caspian Energy Georgia, Caspian Energy Ukraine və Caspian Energy Uzbekistanildə bir neçə dəfə Gürcüstan, Ukrayna və Özbəkistanın müxtəlif şəhərlərində beynəlxalq Caspian Energy Forum təşkil etmək hüququna sahibdir. Eyni zamanda Caspian Energy Georgia, Caspian Energy Ukraine və Caspian Energy Uzbekistan hər il Caspian Energy Award, Caspian Business Award, CEO Award və Brand Award beynəlxalq mükafatlarının təqdimetmə mərasimini təşkil edə bilər.
Bununla yanaşı, hər ay Gürcüstan, Ukrayna və Özbəkistanın müxtəlif regionlarına Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının nümayəndələrinin və şirkət top-menecerlərinin iştirakı ilə B2G, B2B və B2C formatlarında forum və müxtəlif tədbirlər keçiriləcək.
Business Tour layihəsi çərçivəsində sahibkarların Gürcüstan, Ukrayna və Özbəkistanın müxtəlif region və müəssisələrinə şəxsən baş çəkmək və investisiya potensialları ilə tanış olmaq imkanı yaranacaq.
1999-cu il mayın 28-dən fəaliyyət göstərən beynəlxalq Caspian Energy jurnalı dünyanın 50 ölkəsində yayılır. Caspian Energy ticarət markası da həmçinin dünyanın 50 ölkəsində qeydiyyatdan keçib.
20 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər investorlar üçün istiqamətləndirici rol oynayır.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət