Bakı Ali Neft Məktəbinin(BANM) rektoru Elmar Qasımov İtaliyanın “Maire Tecnimont Group” şirkətinin birinci vitse-prezidenti Cianni Bardazzi və törəmə şirkəti-“KT-Kinetics Technology”nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern ilə görüş keçirib.
Qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor “Maire Tecnimont Group”la uğurlu əməkdaşlıqdan bəhs edib. O vurğulayıb ki, bu əməkdaşlığın nəticəsində BANM-in tələbələri şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak etmək imkanı qazanıblar. Elmar Qasımov Ali Məktəbdə alternativ enerji mənbələri üzrə təlim proqramının hazırlandığını bildirib və şirkətin də bu istiqamətdə dəstək göstərməsini təklif edib.
“Maire Tecnimont Group” şirkətinin rəsmisi BANM-lə əməkdaşlığa əhəmiyyət verdiklərini vurğulayaraq, bu təklifi məmnuniyyətlə qəbul edib və tələbələrə mühazirə keçməyə də hazır olduğunu qeyd edib. Əməkdaşlığın genişlənməsindən danışan Cianni Bardazzi bildirib ki, BANM ilə uğurlu əməkdaşlığın nəticəsində 12 məzun “Kinetics Technology” şirkətində müxtəlif vəzifələrdə çalışır.
Görüşdə bərpa olunan enerji mənbələrinə keçidin vacibliyi, bu sahədə rəqəmsallaşmanın tətbiqi, “yaşıl kimya”ya transformasiya, yeni texnologiyaların tələbələrə öyrədilməsi müzakirə olunub. Tərəflər İtaliyanın müvafiq universiteti ilə birgə seminarların keçirilməsi barədə də fikir mübadiləsi aparıblar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət