Bəzi xidmət növlərinə görə dövlət rüsumlarının məbləğinin artırılması nəticəsində dövlət büdcəsinə 100 milyon manatdan artıq əlavə vəsait daxil olacaq. Bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə baxılıb.
Dövlət rüsumlarının artırılmasının zəruriliyi inflyasiya, həmçinin rüsum tutulan bir sıra sənədlərin texnoloji cəhətdən yenilənməsi ilə izah olunur.
Dəyişikliklərə əsasən, nikahın qeydə alınması üçün dövlət rüsumunun məbləğinin 10 manata (hazırda 5 manat), nikahın pozulması üçün 20 manata (hazırda 15 manat), ad və soyadın dəyişdirilməsi üçün 15 manata (hazırda 10 manat), xarici pasportun dəyişdirilməsi üçün 60 manata (hazırda 40 manat), avtonəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsinin alınmasına (dəyişdirilməsinə) görə 40 manata (hazırda 20 manat), avtonəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə 30 manata qədər (hazırda 22 manat) artırılması təklif olunur.
Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün rüsumun məbləği 100 manatdan 150 manata qədər artırılır.
Bundan başqa, investisiya təşviqi sənədinin alınması üçün dövlət rüsumu 70 manat məbləğində müəyyən edilir.
Həmçinin açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə, baytarlıq ekspertizası və digər xidmətlərə görə dövlət rüsumları müəyyən edilib, ipoteka müqavilələrinin rəsmiləşdirilməsi üçün rüsumlara yenidən baxılıb.
Bütövlükdə, dəyişikliklər 226 xidmət növünü əhatə edəcək.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət