Bakı və Minsk bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsini 30% - $350 milyona qədər artırıb.
“BELTA” agentliyinin məlumatına görə, bunu Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyevlə görüşündə deyib.
“8 ay ərzində ticarət dövriyyəsi $350 milyon təşkil edib. Pandemiyaya baxmayaraq, artım 30% olub. Ötən il bu göstərici $447 milyon təşkil edib. Bu, əhəmiyyətli göstəricidir. Sizin ölkəniz bizim belə ticarət dövriyyəmiz olan 15 ölkə arasındadır”, - deyə V.Andreyçenko vurğulayıb.
Öz növbəsində, Ü.Baxşəliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib və vurğulayıb ki, koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan və Belarus ticarət dövriyyəsinin həcmini artırmağa nail olub.
O əlavə edib ki, maşınqayırma və kənd təsərrüfatı sektoru ikitərəfli əlaqələrin uğurla inkişaf edən istiqamətlərindən biridir.
V.Andreyçenkonun sözlərinə görə, ölkələr, həmçinin təhsil, mədəniyyət, idman və turizm sahələrində də qarşılıqlı əlaqələri intensivləşdirə bilər.
Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini qeyd edən Nümayəndələr Palatasının sədri hesab edir ki, 2022-ci ildə parlamentlərin rəhbərliyi, işçi qruplar, komitələr və daimi komissiyaların sədrləri səviyyəsində görüşlər keçirmək lazımdır.
“Düşünürəm ki, yaxın zamanlarda sizin də istəyinizlə işçi qrupla görüşünüzü təşkil edə bilərik. Bu görüşdə gələcək qarşılıqlı fəaliyyətimizin istiqamətlərini müəyyən etmək, hətta yol xəritəsi də tərtib etmək mümkün ola bilər”, - deyə o bildirib.
Ü.Baxşəliyev parlamentlərarası qrupla görüşmək, onun bütün üzvlərini daha yaxından tanımaq və işini aktivləşdirmək istədiyini diqqətə çatdırıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət