İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin göstərilməsi”nin satın alınması üçün “Bureau van Dijk” şirkəti ilə müvafiq müqavilə imzalayıb. Bu barədə DVX-nin məlumatında deyilir.
Bununla, Dövlət Vergi Xidməti dünyanın 50-dən artıq ölkəsinin vergi orqanı tərəfindən transfer qiymətləri ilə əlaqədar həyata keçirilən vergi yoxlamaları üzrə müqayisəli təhlillərin və hesablamaların aparılması üçün istifadə edilən 4 fərqli məlumat bazasından istifadə hüququ əldə edib.
Müasir dövrdə transfer qiyməti beynəlxalq vergitutma sahəsinin aktual mövzulardan birinə çevrilib. Bunun əsas səbəbləri sırasında son illərdə beynəlxalq ticarət dövriyyəsinin böyük hissəsinin transmilli şirkətlərin payına düşməsi və dövlətlərin hər il bu sahədə vergidən yayınma halları hesabına külli miqdarda gəlirdən məhrum olması xüsusi yer tutur. İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin təkmilləşdirilməsi ölkə iqtisadiyyatında şəffaflığın artırılması, beynəlxalq vergitutma və məlumat mübadiləsi öhdəliklərinin yerinə yetirilməsi, habelə vergidən yayınma halları ilə mübarizə işinin daha səmərəli təşkilinə təkan verəcək.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət