Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
“Möhtərəm cənab Prezident, Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Bu Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımıza inam gəldi. Tarixi Zəfər Sizin uzun illər Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizə, diplomatik fəaliyyətiniz və ordu quruculuğu nəticəsində mümkün oldu”, - deyə dövlət başçısının rəsmi saytında dərc olunmuş təbrikdə bildirilir.
A.Hacıyev qeyd edib ki, hazırda Qarabağ bölgəsində qarşıda böyük bərpa işləri durur.
“Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda tikilib istifadəyə verilməsi göstərdi ki, Sizin rəhbərliyiniz altında aparılan bərpa işləri böyük sürətlə həyata keçirilir və ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ bölgəsi dünyanın ən gözəl guşəsinə, respublikamızın mənəvi paytaxtına çevrilir. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə böyük uğurlar arzulayıram”, - deyə təbrikdə qeyd olunur.*
A.Salayeva
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət