Noyabr ayının sonunadək Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkətinin 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinin təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Cari ay Səudiyyə Ərəbistanın nümayəndə heyətinin Azərbaycana səfərini gözləyirik ki, 240 MVt gücündə külək elektrik stansiyasının təməlini birlikdə qoyaq. Ümid edirik ki, tezliklə Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığın genişləndiriıməsi yollarını müzakirə edəcəyik”, - Şahbazov «Asharq Al-Awsat» nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Səudiyyə Ərəbistanı bərpaolunan enerji mənbələri sahəsində layihələr reallaşdırmağı planlaşdırır.
Xəbər verildiyi kimi, 2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında bərpaolunan enerji üzrə pilot layihənin reallaşdırılmasına dair İcra müqaviləsi imzalanıb. 2020-ci ilin dekabr ayında Energetika Nazirliyi ilə “İnvestisiya Müqaviləsi”, “Azərenerji” ASC ilə - “Enerji alqı-satqı Müqaviləsi”, “Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və “Torpaq İcarə Müqaviləsi” sənədləri imzalanıb.
Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin dəyəri 300 milyon dollardır.
Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Sitalçay kəndlərinin dağlıq hissəsində hər biri 6 MVt gücdə olan 40 ədəd külək turbin qurğusunun tikilməsi nəzərdə tutulur. Külək Elektrik Stansiyasının Pirəkəşküldə olan hissəsində ümumi gücü 102 meqavat olmaqla 17 külək turbini, digər hissədə - Xızı rayonunun Sitalçay kəndinin yaxınlığında yerləşən dağlıq ərazidə isə ümumi gücü 138 MVt olan 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Elektrik stansiyasında illik 1,4 milyard kilovat/saat elektrik enerjisini istehsal oluna, bununla da 220 milyon kubmetrədək qaza qənaət edilə bilər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət