Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda əməkdaşlığın möhkəmlənməsinə və ölkələr arasında ticarət dövriyyəsinin artmasına gətirəcək. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belə hesab edir.
Cümə axşamı Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirlərinin VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, Azəraycanla Ermənistan arasında müharibə sona çatdıqdan sonra regionda kommunikasiyaların açılması prosesi aparılır.
«Nəqliyyat, kommunikasiya və infrastruktur layihələr Türk Şurasına üzv dövlətlərinin hər birinin maraqlarına cavab verir. Əminəm ki, bu, regionda sülh, təhlükəsizlik və inkişafa şərait və bütün Türk dünyası və həmçinin digər ölkələr üçün əlavə imkanlar yaradacaq. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığın gələcək inkişafına, həmçinin ticarət dövriyyəsinin artmasına imkan yaradacaq. Ümid edirik ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”, - XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, Qarabağ müharibəsi sona çatandan sonra regionda yeni reallıqlar yaranıb.
Bayramov hesab edir ki, “3+3” formatı regional əməkdaşlıq və digər dövlətlər üçün səmərəlidir.
Eyni zamanda, nazir bildirib ki, hazırda Azərbaycan erməni işğalından azad olunmuş ərazilərin bərpası ilə məşğuldur. “Dünya birliyi tərəfindən bu inkişafın dəstəklənməsi regionda sülh, sabitlik və rifahın möhkəmlənməsinə xidmət edəcək”, - o qeyd edib.
Bayramov əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında dost ölkələrdən şirkətlərin iştirakı Azərbaycan üçün vacibdir. “Bərpa prosesində dost ölkələrdən şirkətlərin iştirakı bizim üçün mühümdür. Bu mənada cari ilin sentyabr ayında Bakıda və Budapeştdə keçirilən Türk Şurasının biznes forumları vacibdir”, - nazir deyib.
XİN başçısı qeyd edib ki, bərpa işləri zamanı ən böyük problem minalanmış ərazilərdir. “Müharibədən sonra 33 Azərbaycan vətəndaşı erməni tərəfinin basdırdığı minalara düşərək həlak olub, daha 134 nəfər yaralanıb və müxtəlif dərəcəli xəsarət alıb”, - Bayramov əlavə edib. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət