Azərbaycan prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif olunub.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşündə Əliyevə ordeni təqdim edib.
“Türk Dünyasının Ali Ordenini aldığım üçün böyük qürur duyuram”, - Əliyev bildirib.
Öz növbəsində, Ərdoğan bəyan edib ki, Azərbaycan Ali Baş komandan İlham Əlkyevin rəhbərliyi altında təxminən 30 il erməni işğalı altında olan Qarabağı 44 gün ərzində azad edib.
“Bu qələbə yalnız Azərbaycan qardaşlarımız üçün deyil, həm də bütün Türk Dünyası üçün xüsusi önəm kəsb edir. Müharibə nəticəsində BMT TŞ-nin illərlə icra olunmayan qətanamələri icra olundu. Beləliklə, Azərbaycan beynəlxalq birliyin xatirəsində ədalətli ismarıc qoydu. Azərbaycanın ərazi bütövlüyünün bərpası Türk Dünyasının birliyini gücləndirib”, -Türkiyə prezidenti əlavə edib.
“Qarabağda qələbə nəinki işğal olunmuş ərazilərin azad olunmasına, həm də regionda dayanıqlı sülh, sabitlik və əməkdaşlığa yol açdır. Bu münasibətlə əziz qardaşım İlham Əliyevə Türk Dünyasının Ali Ordenini qürur hissi ilə təqdim edirəm və dərin hörmətlə şəhidləri yad edirəm”, - Ərdoğan deyib.
Türk Dünyası Ali ordeni Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gerbi ətrafında böyük bir dairə şəklində birləşən, 6 səkkizguşəli ulduz formasındadır. Ordenin ümumi xarici diametri 97.09 mm-dir, daxilidəki çevrənin diametri 64.30 mm-dir.
Orden 8 qat qızıl və 24 ədəd brilyantdan tərtib olunub. Ordenin hazırlanmasında 6 ədəd 0.1 karat və 18 ədəd 0.015 karat almazdan istifadə edilib.
Orden iç-içə keçən 8 qat qızıldan ibarətdir. Üzərindəki dörd ədəd qızıl hissələr və digər qızıl bağlar olmaqla, ümumilikdə 400 qram qızıldan istifadə olunub.
Hər bir dövləti təmsil edən ulduzun üzərindəki brilyant qaş, həmin dövlətin zəngin mədəni keçmişini və parlaq gələcəyini əks etdirir. İri brilyant qaşlar ətrafında yerləşdirilən 18 ədəd kiçik brilyant qaş, Türk Dünyasının ətrafa saçdığı şəfəqlər kimi təsvir edilir.
Ordenin mərkəzi hissəsində yerləşən altı güşəli ulduz türk dünyasının gücünü təmsil edir. Türk Şurasının gerbi ordenin mərkəzi hissəsində əks olunur və bütünlükdə əl işi mina ilə boyanıb. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət