2020-2021-ci illərdə Azərbaycanın bank sektorunda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10%-dən 5%-dək azalıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
“2021-ci ildə maliyyə sektorunun bütün seqmentlərində sabitlik və artım müşahidə olunur”, - deyə E.Rüstəmov bu gün parlamentdə 2022-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu il maliyyə sektorunun sağlamlaşdırılması və kapitallaşdırılmasının artırılması prosesi davam edib.
“Hazırda bank sektorunun kapital adekvatlığı Mərkəzi Bankın minimum tələblərini 2 dəfə üstələyir. Son iki il ərzində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi hökumətin anti-böhran proqramları və Mərkəzi Bankın dəstək proqramı hesabına bankların kredit portfelinin həcminin 10%-dən 5%-dək azalıb”, - deyə AMB sədri qeyd edib.
E.Rüstəmov vurğulayıb ki, ilin əvvəlindən bankların kredit portfeli 13%, depozit portfeli 16% artıb. “Biznes kreditləri 10,3%, ipoteka kreditləri 15,5%, istehlak kreditləri 18% artıb. Bütövlükdə, istehlak kreditləri üzrə faiz dərəcələrində azalma müşahidə edirik. Bunu biznes kreditlərinə də aid etmək olar”, - deyə o əlavə edib.
Sədr qeyd edib ki, bank sektorunda dayanıqlı dedollarlaşma meyilləri müşahidə olunur. “2021-ci ilin əvvəlindən əhalinin əmanətləri üzrə dollarlaşma səviyyəsi 7,5 faiz bəndi - 43%-dək, kreditlər üzrə 2,4 faiz bəndi - 28%-dək azalıb. Bu, son 7 il ərzində ən aşağı səviyyədir”, - deyə E.Rüstəmov vurğulayıb.*
X.Nəsirzadə, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət