Azərbaycanın bank sektorunun cari likvidlik potensialı 7 milyard manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
“Bank sektorunun sabitliyinin təmin edilməsi 2022-ci il üçün prioritetlərdən biridir. Ölkənin yeni iqtisadi inkişaf strategiyası (2022-2026-cı illər – İF) nəzərə alınmaqla maliyyə sektorunun bütün seqmentlərinin rolunun gücləndirilməsinə ehtiyac var. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçiririk, İqtisadiyyat Nazirliyi ilə geniş əməkdaşlıq imkanları var”, - deyə E.Rüstəmov bu gün parlamentdə gələn il üçün pul-kredit siyasətinin prioritetlərindən danışarkən bildirib.
Onun sözlərinə görə, biznesin, xüsusilə kiçik və orta biznesin kreditləşdirilməsinin artırılması, mikrokreditləşmə potensialının gücləndirilməsi bank sektoru qarşısında duran əsas vəzifələrdir. “Bu istiqamətdə görüləsi işlər çoxdur. Bu, həm bank sahəsinə, həm də bütövlükdə, tənzimləmə sahəsinə aiddir. Bu gün bank sektorunda 7 milyard manat səviyyəsində likvidlik potensialı mövcuddur. Bu isə ekosistemdəki problemlərin siqnalıdır. Həmin problemlər həll edilməlidir ki, banklar iqtisadiyyatı kreditləşdirə bilsinlər”, - deyə o qeyd edib.
AMB sədri əlavə edib ki, hazırda Mərkəzi Bank kapital bazarının inkişafı üçün kompleks iş aparır, çünki bu seqmentdə uzun illər heç bir iş görülməyib (əvvəlki tənzimləyici tərəfindən – İF). Buna görə də kapital bazarı üzrə yeni strategiya formalaşdırılır. Qanunvericilik, texnoloji infrastruktur, kadr bazasından tutmuş hər şey dəyişdirilməlidir və biz bu istiqamətdə Türkiyə ilə sıx əməkdaşlıq edirik. O cümlədən şirkətlərimizin qiymətli kağızlarının İstanbul Fond Birjasında listinqə daxil edilməsi, İstanbul Fond Birjasında listinqdə olan qiymətli kağızların isə Bakı Fond Birjasında listinqə daxil edilməsi imkanları müzakirə olunur. Belə bir razılığa gəlmişik”, - deyə o vurğulayıb.
E.Rüstəmov sığorta sektoru qarşısında vəzifələrin, o cümlədən biznesin tələbatının ödənilməsi vəzifəsinin durduğunu qeyd edib.*
X.Nəsirzadə, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət