İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Şəki Şərab” MMC-nin dövlətə məxsus 86,64% payının satışı üzrə investisiya müsabiqəsi elan edib.
“Şəki Şərab” MMC şərab istehsalı və satışı ilə məşğul olur.
“Şəki Şərab” MMC Şəki rayonunun Çələbixan qəsəbəsində qeydiyyata alınıb.
MMC-nin dövlətə məxsus3 milyon 898,812min manat dəyərində olan payı investisiya müsabiqəsinə çıxarılıb. Ümumilikdə, cəmiyyətin nizamnamə kapitalı 4,5 milyon manata bərabərdir.
1 noyabr 2021-ci il tarixinə müəssisənin debitor borcları233,245min manat və öhdəlikləri535,744min manat təşkil edir.
İnvestisiya müsabiqəsinin şərtlərinə görə, iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi məbləği 4,2 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidirlər.
Müsabiqənin qalibi dövlət büdcəsinə1,6milyon manatdan az olmayan məbləğdə vəsait köçürməlidir.
Nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində cəmiyyətin dövlətə məxsus payı üzrə alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqə üzrə təkliflərin qəbulu 23 dekabr 2021-ci il tarixinədək həyata keçiriləcək. Təkliflər 24 dekabr tarixində qiymətləndiriləcək.
Müəssisədə 31 nəfər çalışır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət