Azərbaycan cümə günü bir nəfər hərbi qulluqçu və bir mülki şəxsi Ermənistan tərəfinə təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Azərbaycan humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq noyabrın 26-da erməni əsilli iki nəfəri: hərbi qulluqçu və mülki şəxsi Ermənistan tərəfinə təhvil verib”, - Xidmətin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, 1993-cü il 3 mart təvəllüdlü Arin Aramyan 2021-ci il noyabrın 16–da Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılıb. “Bu müddət ərzində Arin Aramyana zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilib”, - Komissiyadan vurğulanır.
Təhvil verilmiş digər şəxs 2000-ci il 13 sentyabr təvəllüdlü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılıb. “Aparılmış ilkin araşdırmalar nəticəsində Mihran Musaelyanın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib”, - məlumatda qeyd olunur. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət