Azərbaycan Respublikası Hökuməti ilə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin imzalayıblar.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumata görə, sənəd Şimal-Cənub layihəsi və Şimal-Qərb dəhlizi çərçivəsində Ələt (Bakı) və Kutum (Həştərxan) stansiyalarının logistika mərkəzləri vasitəsilə yük daşımalarının (Azərbaycan-Rusiya-Azərbaycan) inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.
Həmçinin Yol Xəritəsində Həştərxan və Azərbaycan müəssisələrinin istehsal meydançalarının tərəflərin xüsusi iqtisadi və sənaye zonalarında, o cümlədən “Lotos” xüsusi iqtisadi zonasında və Ələt azad iqtisadi zonasında qarşılıqlı yerləşdirilməsi imkanlarının genişləndirilməsi ilə bağlı bənd də yer alır.
Bötüvlükdə, proqram gəmiqayırma, ticarət, kənd təsərrüfatı, mədəniyyət və idman sahələrində konkret tədbirləri ehtiva edir.
“Görüşdə Azərbaycan və Həştərxan vilayəti arasında qarşılıqlı iqtisadi-ticarət və investisiya əlaqələrinin yeni imkanları müzakirə olunub. Xüsusilə Rusiya tərəfi müasir aqrar komplekslərin və kənd təsərrüfatı məhsullarının dərin emalı üzrə müəssisələrin yaradılmasına Azərbaycan investisiyalarını cəlb etməyə hazırdır”, - deyə mənbə bildirib.
Öz növbəsində, M.Cabbarov investisiya və kooperasiya layihələrində əməkdaşlığın vacibliyini vurğulayıb. Azərbaycan və Həştərxan hökumətlərinin iqtisadi bloklarının daha perspektiv layihələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi üzrə qarşılıqlı fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə edilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət