Dövlət Vergi Xidməti (DVX) “Qobu Elektrik Stansiyası” MMC-ni 522 milyon 236 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
“Cəmiyyət 2021-ci il oktyabrın 27-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi İbrahim Məmmədovdur”, - deyə DVX-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xəbər verildiyi kimi, “Azərenerji” ASC 385 MVt gücündə “Qobu” Elektrik Stansiyasının tikintisini başa çatdırıb. Hazırda obyekt test rejimində işləyir. Eyni zamanda, 330/220/110/10 kV-luq “Qobu” yarımstansiyasının tikintisi də başa çatır və bu enerji qovşağı Azərbaycanın enerji sisteminə inteqrasiya olunub.
Bu yarımstansiya 500 kV-luq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaqla 1000 MVt-dək gücü qəbul edib ötürəcək.
“Qobu” Elektrik Stansiyası və “Qobu” yarımstansiyasından ibarət olan enerji qovşağı Bakı və Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatında bir mənbədən asılılığı aradan qaldıracaq və dairəvi elektrik təchizat sxemləri ilə enerjisistemin dayanıqlı iş rejimləri təmin ediləcək.
Prezident İlham Əliyev 2020-ci il avqustun 21-də “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
Energetika naziri Pərviz Şahbazov daha əvvəl bildirmişdi ki, elektrik stansiyasının tikintisi elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün nəzərdə tutulub. Stansiyanın 2022-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət