“Azərbaycan Dəmir Yolları” QSC Horadiz-Ağbənd dəmir yolunun istifadəyə veriləcəyi təxmini tarixi açıqlayıb.
“Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir”, - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bazar günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, cari ilin sonuna qədər dəmir yolunun 50 kilometr hissəsində işlərin yekunlaşdırılması planlaşdırılır. 2023-cü ilə qədər isə tikinti işləri tam sona çatacaq.
Həmçinin, ADY-nin sədri Horadiz-Ağbənd dəmir yolu xəttinin Naxçıvan Muxtar Respublikasında dəmir yolu ilə birləşdirilməsi məsələsini şərh edib.
“Layihələndirmə işləri aparılır. Lakin, bilavasitə tikinti işlərinə Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması barədə razılıq əldə olunandan sonra başlamaq mümkün olacaq”, - o bildirib.
Fevralın 15-də Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd əmir yolu xəttinin təməlini qoydu. Dəmir yolu xəttinin ümumi uzunluğu 100 kilometr təşkil edəcək. Bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Belə ki, dəmir yolunun 40 kilometrlik hissəsi Ermənistan ərazisində inşa ediləcək. **
R.Əhmədov, A.Salayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət