2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 783,4 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 83,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 3 milyon 189,5 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çoxdur.
Yanvar-noyabr aylarında 29,2 min ton (artım 43,8%) tikinti gipsi, 76,6 min ton (artım 60,3%) sementdən tikinti blokları və kərpicləri, 2 milyon 379,6 min ton (artım 33,4%) hazır beton qarışığı, 32,5 min ton (artım 4,8%) tikinti əhəngi, 617,7 min kubmetr (artım 34,2%) tikinti kərpici, 35,2 min ton (artım 55,8%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 72,5 min kubmetr (artım 2,1 dəfə) betondan yığma tikinti konstruksiyaları, 175,7 min ton (artım 13,9%) asfalt istehsal edilib.
Hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət