16 dekabr tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.
Hərrac zamanı Bank Respublikanın emissiya etdiyi istiqrazlara investorlar tərəfindən göstərilən böyük maraq müşahidə olunub və keçirilmiş hərracda tələb təklifi 30% üstələyərək 12 milyon 980 min manat təşkil etmişdir. Bu isə öz növbəsində Bankın şəffaf iş prinsipi o cümlədən bazarda qazandığı inam və etimadın göstəricisidir.
Hərrac zamanı investorlar öz sifarişlərini qarantiya etmək məqsədi ilə istiqrazın alışı üçün onun nominal qiymətindən yuxarı təkliflər də irəli sürmüşdürlərvə nəticədə istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8,3 faiz təşkil etmişdir, istiqrazın orta ölçülmüş qiyməti isə 1000 AZN (kupon 8,5%) məbləğində müəyyən edilmişdir.
İstiqrazdan əldə olunan vəsaitlər ölkənin real sektorunun inkişafı və Bankın əsas fəaliyyəti ilə bağlı digər layihələrin maliyyələşdirilməsi istiqamətində istifadə ediləcək.
Bank Respublika30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Daha ətraflı məlumatı “Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət