Türkiyə təkcə Ermənistanla münasibətlərin normallaşmasının deyil, həm də Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdır, bu məsələdə Ankaranın mövqeyi tam səmimidir. “Anadolu” agentliyinin məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
Onun sözlərinə görə, Türkiyə tərəfi İrəvanla dialoqu son dərəcə ehtiyatla və Azərbaycanla yaxın təmasda olaraq gerçəkləşdirəcək.
Vitse-prezident xatırladıb ki, Azərbaycan 44 günlük müharibə dövründə özünümüdafiə hüququndan istifadə edib. "Biz Azərbaycanın haqlı mübarizəsinə güclü dəstək vermişik. Azərbaycan torpaqlarının 30 illik işğalı mövzusu bağlanıb. Yeni reallıqlar bölgədə davamlı sülh və sabitlik üçün əlverişli zəmin yaradıb", - deyə o bildirib.
Siyasətçi Türkiyə və Azərbaycanın “3+3” formatında regional əməkdaşlıq platformasının yaradılması təşəbbüsünə diqqət çəkib.
“Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması məsələsində Ankaranın mövqeyi dəyişməz olaraq qalacaq”, - deyə F.Oktay vurğulayıb.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət