Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əfqanıstanda humanitar vəziyyətin həlli ilə bağlı səylərini dəstəkləməyə hazırdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“İslam həmrəyliyinin nəcib prinsipi əsasında qurulan İƏT-in bu çətin zamanda əfqan bacı və qardaşlarımızın yanında olmaq məsuliyyəti var. Humanitar yardım sahəsində son illərdə toplanmış mühüm təcrübə və yaradılmış mexanizmlər və təsisatlar sayəsində İƏT Əfqanıstandakı humanitar vəziyyətin həllində aparıcı rol oynamaq üçün yaxşı mövqeyə malikdir. Təşkilatın məsul üzvü kimi Azərbaycan, İƏT-in bu istiqamətdə səylərini dəstəkləməyə hazırdır”, - deyə nazir İƏT Xarici İşlər Nazirləri Şurasının Əfqanıstandakı humanitar vəziyyətlə bağlı keçirilən növbədənkənar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, təşkilatın təsisçi dövlətlərindən biri olan Əfqanıstanda vəziyyətin gərginləşməsi regional və qlobal səviyyədə ciddi problemlər yaradır və ümumi narahatlıq mənbəyidir. Əfqanıstandakı böhranın dəhşətli humanitar nəticələri yüz minlərlə günahsız insanın həyatını təhlükə altına qoyduğu üçün bütün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsini tələb edir.
“Davamlı həll yolları tapmaq üçün mövcud vəziyyətin əsas səbəblərini nəzərdən qaçırmaq olmaz. Bu kontekstdə ölkədə tam funksional inklüziv idarəetmə sisteminin yaradılması, xüsusilə gənclər arasında terrorizm, ekstremizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi risklərinin, yoxsulluğun aradan qaldırılması və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi həyati əhəmiyyət kəsb etməkdə davam edir. Əks halda, sadəcə humanitar yardım Əfqanıstan xalqının onilliklər boyu çəkdiyi əzablara çarə ola bilməz”, - deyə XİN başçısı vurğulayıb.
C.Bayramov hesab edir ki, dinc və inklüziv proses vasitəsilə effektiv idarəetmənin qurulması böhrandan yeganə çıxış yoludur. “Bununla əlaqədar olaraq, biz İƏT-in qəbul etdiyi bir sıra qətnamələrin etibarlılığını vurğulayırıq və Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstəyimizi bir daha təsdiqləyirik. Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstandakı vəziyyətin gərginləşməsi ilə bağlı üzləşdikləri ciddi problemlərin həllində qonşu İƏT üzv dövlətlərə də bizim həmrəyliyimiz və dəstəyimiz göstərilməlidir”, - deyə o vurğulayıb.*
A.Salayeva
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət