Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə İKT bazarında ən böyük işəgötürənlərdən biri olan “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və “Azerconnect” şirkətinin Baş direktoru Emil Məsimov imzalayıb.
Memoranduma əsasən, tərəflər arasında Agentliyin fəaliyyət istiqamətləri və qarşılıqlı maraq kəsb edən layihələr üzrə əməkdaşlıq qurulacaq, əmək bazarının tələblərinə uyğun işsiz və işaxtaran şəxslərin peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində “Azerconnect“ şirkəti ilə əməkdaşlıq ediləcək.
Sənəddə həmçinin, korporativ sosial münasibətlərin inkişafı istiqamətində təkliflərin hazırlanması, “Məşğulluq Marafonu” çərçivəsində “Azerconnect” tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin vəmüharibədə yaralanmış qazilərin məşğulluğuna dəstəyin verilməsi və müvafiq fəaliyyətin həyata keçirilməsi, birgə innovativ layihələrin, tədbirlərin, forumların həyata keçirilməsi nəzərdə tutulub.
Memorandumda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması üçün Agentlik tərəfindən müxtəlif xarakterli həvəsləndirici tədbirlər, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin fəaliyyətinin dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə “Azerconnect” şirkəti tərəfindən əlavə dəstəyin verilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin şirkətdə istehsalat təcrübəsi keçmələri və müvafiq işlə təmin olunmasına şirkət tərəfindən köməklik göstərilməsi öz əksini tapıb.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət