Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsini təsdiq edib.
Dövlət başçısının saytında dərc olunan sənədə əsasən, Fondun 2022-ci il büdcəsinin gəlirləri 10 milyard 589 milyon 701,9 min manat (2021-ci illə müqayisədə artım 32,4%), xərcləri - 12 milyard 789 milyon 674,6 min manat məbləğində proqnozlaşdırılır (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 4,4%).
Beləliklə, ARDNF-nin büdcəsinin kəsiri 2 milyard 199 mlyon 972,7 min manat səviyyəsində proqnolaşdırılır.
ARDNF-in 2021-ci il büdcəsində neftin bir barelinin orta qiyməti $50-dən hesablanıb (2020-ci ildə - $50-dan).
2022-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmaları 8 milyard 578 milyon 995,4 min manat və ya Fondun bütün glirlərinin 81%-i təşkil edəcək.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar 765 milyon 340 min manat, Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir – 1 milyard 216 milyon 792,9 min manat həcmində proqnozlaşdırılır.
Bundan başqa, tranzit gəlirlər 23,29 milyon manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri – 5 milyon 283,6 manat həcmində proqnozlaşdırılır.
Fondun xərcləri strukturunda Azərbaycan dövlət büdcəsinə transfertlər 12,71 milyard manat və ya 99,4% təşkil edəcək. Bundan əlavə, Fondun idarə edilməsi ilə əlaqədar xərclər 33 milyon 988,6 min manat, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi – 17 milyon 850 min manat səviyyəsində nəzərdə tutulur.
Fondun 2021-ci il üçün gəlirləri 8 milyard 1 milyon 169,1 min manat, xərcləri – 12 milyard 249 milyon 435,5 min manat səviyyəsində təsdiq edilib. Beləliklə, ARDNF-in büdcə kəsiri 4 milyard 248 milyon 266,4 min manat məbləğində proqnozlaşdırılır.
1999-cu ilin dekabr ayında yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
Х.Насирзаде
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət