Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda 272 milyon manat məbləğində 44 investisiya layihəsi artıq təsdiq olunub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovbəyan edib.
“Bu günə 272 milyon manat məbləğində 44 investisiya layihəsi təsdiq olunub. Onlardan 33-ü reallaşdırılıb, daha 11-i reallaşdırılma mərhələsindədir. 44 layihədən 42-si Azərbaycan investorlarının payına düşür”, - Məmmədov cümə günü “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, məmmədov həmçinin bildirib ki, bu günədək işğaldan azad edilmiş ərazilərində biznes qurmaqla bağlı sahibkarlardan KOBİA-ya 929 müraciət daxil olub. Onlardan 441-i investisiya layihəsi, 488-i müxtəlif xidmətlərin təşkili ilə bağlıdır.
Onun sözlərinə görə, müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 20%-i sənaye, 18%-i ASK, 8%-i isə turizm, səhiyyə, təhsil, mədəniyyət və logistika sahələrinə aiddir.
KOBİA-nın sədri qeyd edib ki, müraciətlərin 111-i Şuşa, 108-i Ağdam, 62-si Füzuli, 49-u Kəlbəcər, 25-i Xocavənd, 25-i Cəbrayıl, 28-i Zəngilan, 21-i Qubadlı, 13-ü isə Laçına investisiya yatırılması ilə bağlıdır.
Eyni zamanda, o bildirib ki, 485 müraciətçi Qarabağın və Şərqi Zəngəzurun istənilən ərazisinə investisiya yatırmağa hazırdır.
O cümlədən, Məmmədov məlumat verib ki, 31 ölkədən xarici şirkətlər tərəfindən 305 layihə təqdim olunub. “Əsasən Türkiyə, Rusiya, İsrail, İran və Qazaxıstan şirkətlərindən müraciətlər daxil olub”, - KOBİA-nın sədri əlavə edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət