RF prezidenti Vladimir Putin 2021-ci ildə Azərbaycan-Rusiya ticarət dövriyyəsinin $3 milyardı ötəcəyinə ümidvar olduğunu bildirib.
“Əfsuslar olsun ki, ötən il pandemiya ilə əlaqədar ticarət dövriyyəsi bir qədər, təxminən 10% azalıb. $3 milyarddan bir qədər az, təqribən $2,9 miltard olub. Bu il biz $3 milyard hədəfi dəqiq ötəcəyik”, - Putin AzTV dövlət telekanlına müsahibəsində bildirib.
Onun sözlərinə görə, RF və Azərbaycan lideləri danışıqlar zamanı iqtisadiyyat məsələlərinə diqqət ayırırlar. “Cari ilin yay aylarında Rusiya biznesinin böyük nümayəndə heyəti Azərbacanda olub, əməkdaşlığın inkişafı perspektivləri barədə söz açılıb, qarşlıqlı əlaqələrimizin əsas istiqamətləri üzrə– tikinti sektoru, energetika, nəqliyyat və s. sahələrdə müqavilələr imzalanıb”, - RF prezidenti vurğulayıb.
Putin bildirib ki, humanitar məsələlər, koronavirus infeksiyasının nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan prezidenti ilə fəal təmasdadır. “Biz daima yeni əlaqə nöqtələrini axtarırıq. Biz neft-qaz hasil edən dövlətlərik və burada, yəgin ki, təmas nöqtələrimiz, rəqabət meydançalarından daha çoxdur. Bütövlükdə, hesab edirəm ki, strateji tərəfdaşlıq səviyyəmiz kağızda deyil, işdə əldə olunub və çox yaxşı inkişaf perspektivləri mövcuddur”, - o qeyd edib.
Rusiya lideri həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə şəxsi təmasların rolunu vurğulayıb. “Düşünürəm ki, dövlətlərarası münasibətlərin qurulması zamanı birinci şəxslər arasında şəxsi təmaslar hər zaman mühüm rol oymayır. Çünki onlar müıyyən mühit formalaşdırır. Bu mühitin etimad adlandırılan hissəsi çox vacibdir. Əgər liderlər, ölkələrin birinci şəxsləri arasında etimad yaranırsa, bu biq qayda olaraq, dövlət səviyyəsində də yaxşı, müsbət nəticələrə gətirir”, - o qeyd edib.
Putin vurğulayıb ki, İlham Əliyevlə hələ o, Azərbaycan prezidenti olmadığı zaman tanış olub. “Azərbaycana onun atası – Heydər Əliyev rəhbərlik edirdi, mən onu yalnız müasir müstəqil Azərbaycanın deyil, həm də bizim ümumi dövlətimiz, ümumi vətənimiz – Sovet İttifaqının görkəmli siyasi xadimi hesab edirəm. O, SSRİ-nin böyük siyasi xadimi və əldəbəət ki, öz vətəni – Azərbaycan üçün görkəmli siyasətçi olub. Bu mənada tam əminliklə demək olar ki, şübhəsiz, indiki dövlət başçısı - İlham Əliyev öz atasının xəttini davam etdirir”, - o bildirib.
“Azərbaycan folklorunda nə isə qarışdırmağa qorxuram, ama zənnimcə, azərbaycanlıların belə bir atalar söz var: əsl dost həm də din dostudur. Bax, o (İlham Əliyev - İF) bilməlidir ki, onun dostları, həm də Rusiyada dostları var. Ümid edirik ki, o bizə, Rusiyaya qarşı eyni hisslər bəsləyir. Ona hər şeyin ən yaxşısını arzu edirəm və yubiley münasibətilə təbrik edirəm”, - RF prezidenti əlavə edib. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət