Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq. Bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli bəyan edib.
“Qurumlar arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi təsdiqlənmə mərhələsindədir. Belə maddələrin pomidor və alma istehsalçıları tərəfindən istifadə etməsi ilə bağlı ətraflı məlumat "Rosselxoznadzor"a göndərilib. Yaxın vaxtlarda xurma, kartof və fındıq becərən müəssisələr haqqında da analoji məlumatlar əlavə olunacaq”, - Təhməzli "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert ilə videokonfrans formatında görüşdə bildirib.
Onun sözlərinə görə, 2021-ci il idarələr arasında əməkdaşlıq baxımından ən məhsuldar il olub. “Azərbaycan tərəfi "Rosselxoznadzor"un elmi-texniki dəstəyi ilə Rusiyaya göndərilən toxum və meyvə-tərəvəz məhsullarında virus və bakterial xəstəliklərin müəyyənləşdirilməsi, bitki mühafizəsi üçün kimyəvi maddələrinin qalıq miqdarının aşkarlanmasına nəzarəti gücləndirib”, - Təhməzli bildirib.
O, həmçinin qeyd edib ki, dekabrın 1-dən Azərbaycan müəssisələrinin yoxlanılması proseduru dəyişib. “Ticarət imkanlarının bərpası barədə qərar AQTA-nın yoxlamaları və sorğunun nəticələrinin "Rosselxoznadzor"a təqdim edilməsi əsasında qəbul edilir”, - Təhməzli bildirib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət