Cari il dekabr ayının 24-ü vəziyyətinə 1 milyon 21,988 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkədə 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1 milyon 21,988 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 98,8%-ni dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 601,838 min hektarı buğda, 407,449 min hektarı arpa, 165 hektarı isə çovdar əkinlərinin payına düşür”, - deyə məlumatda bildirilir.
Ən çox buğda bitkisi Cəlilabad (56449,3 ha), Şəki (32318,6 ha), Şamaxı (29321,4 ha), Füzuli (29321,0 ha), İsmayıllı (22495,0 ha), Hacıqabul (21978,9 ha) və Ağcabədi (19654,7 ha) rayonlarında, ən çox arpa bitkisi Neftçala (34825,7 ha), Kürdəmir (32996,4 ha), Şəki (32964,4 ha), Biləsuvar (22568,1 ha), Ağsu (18921,0 ha), Goranboy (14450,0 ha) və Füzuli (12518,3 ha) rayonlarında səpilib.
“Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,9%,o cümlədən arpanın səpin sahəsi 9,3% artıb, buğdanın səpin sahəsi 1,1% azalıb”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət