NEQSOL Holding beynəlxalq şirkətlər qrupu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının İnkişaf Fonduna 1 milyon manat vəsait köçürüb. Vəsait NEQSOL Holding-in səhmdarının qərarı ilə holdinqin tərkibindəki şirkətlər tərəfindən ödənilib.
Vəsaitin istifadəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlərə əlavə dəstək göstərmək üçün nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikasının İnkişaf Fondu 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin qərarı ilə yaradılıb.
NEQSOL Holding həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “YAŞAT” Fonduna 1 milyon manat vəsait köçürüb.
NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq və tərkibindəki şirkətlər korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq müxtəlif tədbirlər və təşəbbüslərini davam etdirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət