2022-ci ildə dünya bazarlarında neftin qiyməti $65-70 civarında olacaq. Azərbaycanın eneretika naziri Pərviz Şahbazov belə hesab edir.
“Neftin qiymətinə gəlincə, bu kifayət dərəcədə çox mürəkkəb sualdır və cavabı sadə deyil. Lakin, düşünürəm ki, bütün bu fəaliyyət, OPEC+ çərçivəsində atılan addımlar ona xidmət edir ki, bazarda qiymətlərin stabilləşməsini müşahidə edirik və 2022-ci ildə olacağımız şəraitdə $65-70 səviyysində qalmağımıza imkan yaradacaq. İstənilən halda, biz buna çalışacağıq, çünki bu qiymət nəinki neft tədarükçülərini, həm də istehlakçıları qane edir və bütün dünya iqtisadiyyatı üçün çox rahatdır”, - Şahbazov Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, nazir həmçinin 2021-ci ilin iyul ayında OPEC+ çərçivəsində neft hasilatının aylıq 400 min barel artırılmasına daiq qəbul olunan qərarını düzgün adlandırıb, baxmayaraq ki, ilkin olaraq 2022-ci ilin aprel ayında dərhal bazara 5,8 milyon barrelin qaytarılması nəzərdə tutulurdu.
“Ancaq 2022-ci ildə bizi bazarda təklifin müəyyən artımı gözlədiyimizi bilərək, OPEC+ digər yolla getməyi qərara aldı (...) 2021-ci ilin avqust ayından başlayaraq OPEC+ çərçivəsində bir bazara hər ay 400 min barelə qayıtmağa başladıq. Beləliklə, 2022-ci ilin aprel ayında dərhal bazara belə iri həmcdə neft ilə qayıdışa getməyimiz lazım deyil, yəni bir gündə 5,8 milyon barrel ilə və şok effekti yaratmaqla. Bu, profisit şəraitində müəyyən nəticələrə səbəb ola bilərdi, yəni qiymət daha volatil olardı, kəskin azala bilərdi və bu addımın digər mənfi nəticələri ola bilərdi”, - Şahbazov qeyd edib.
Nazir vurğulayıb ki, OPEC+ çərçivəsində “çox təsirli mexanizm” formalaşıb, hansı ki çalışır və daima bazara nəzarət etməyə və “müvafiq düzgün qərarlar qəbul etməyə” imkan verir.
Şahbazov əlavə edib ki, son il yarım ərzində OPEC+ formatı hesabına İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin son 5 ilin orta göstəriciləri üzrə neft ehtiyatlarını mühüm həcmdə azaltmağa nail olunub. “Bu artıq bu gün bazarın stabilləşməsi məsələsində çox ciddi yardım edir və 2022-ci ildə, bazarda təkliflərin bir qədər artımı olduğu zaman müsbət təsir göstərəcək”, - o vurğulayıb.
“OPEC plus” ölkələri nazirlərinin iyul ayının 18-də keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir. Bu qərara əsasən, Azərbaycan gündəlik xam neft hasilatını avqustdan etibarən hər ay təqribən 7 min barel artırmaq imkanı əldə edib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət