Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minalardan tam təmizlənib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, artıq Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur.
Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək.
Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
Sənaye Parkında, həmçinin tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması nəzərdə tutulur.*
R.Kərimov
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət