2021-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $2,7 milyard təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında əsas həcm qızıl 202,5 milyon ABŞ dolları (azalma 1,5%), pambıq mahlıcı – 208 milyon ABŞ dolları (artım 57,7%) pomidor – 160,2 milyon ABŞ dolları (azalma 20,5%), ilkin formalı polipropilen – 120 milyon ABŞ dolları (artım 86%), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən az) – 95,8 milyon ABŞ dolları (artım 2 dəfə), meşə fındığı – 108,8 milyon ABŞ dolları (azalma 4,5%), karbamidin - $118,5 milyon (artım 11,2 dəfə), ilkin formalı polietilenin (xüsusi kütləsi 0,94-dən çox) – 61,2 milyon ABŞ dolları (artım 2,1 dəfə), matenolun (metil spirti) – $90,1 milyon (аrtım 76%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($877,8 milyon – artım 27,3%), Türkiyə ($675,9 milyon – artım 78,9%), İsveçrə ($224,1 milyon – azalma 0,3%), Gürcüstan ($157,5 milyon – artım 23,4%) və ABŞ ($74,9 milyon – artım 3 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 32,5%-i RF-nin, 25%-i Türkiyənin payına düşüb.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. Azalma COVİD-19-a görə məhdudiyyətlərin mənfi təsiri ilə şərtlənib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft ixracı $4 milyarda yaxın təşkil edəcək. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət