Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında və enerji təminatının şaxələndirilməsində mühüm rol oynayır. Bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson bəyan edib.
Bu fikri Simson cümə günü Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Öz növbəsində, Əliyev qeyd edib ki, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq müddət keçir. “Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən əməkdaşlığın yeni mərhələyə qədəm qoyub və bu Cənub Qaz Dəhlizi çərçivəsində də davam etdirilir”, - prezident vurğulayıb.
Həmçinin, Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların uğurla aparıldığını bildirdi və bu danışıqların da tezliklə başa çatdırılacağına ümidvar olduğunu ifadə etdi.
“Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, o cümlədən “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Əliyev qeyd etdi ki, Azərbaycan alternativ və bərpaolunan enerji konsepsiyasını inkişaf etdirir və ölkəmizdə bu sahə xarici sərmayədarları cəlb edir”, - məlumatda deyilir.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya ixrac CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TAP) ilə həyata keçirilir.
Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması məsələsi müzakirə edilir. *
B.Rüstəmbəyov
AZPROMO-nun rəhbəri: Azərbaycan 3-4 il ərzində şərab ixracını $25 milyonadək artıra bilər
Azərbaycanda üzüm bağlarının sahəsi 17 min hektar təşkil edir
Parlament 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını təsdiq edib
9 ay ərzində Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 16% artırıb
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Netanyahu Qəzza zolağı üzərində nəzarəti Abbasa verilməsinə imkan verməyəcəyini bəyan edib
Mirzoyan regional məsələlərdə İrəvan və Moskvanın oxşar və ya kəsişən maraqları barədə məlumat verib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək