2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.
Bununla əlaqədar Prezident İlham Əliyev Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının baş naziri, Təşkilat Komitəsi sədrinin müavini rəqəmsal inkişaf və nəqliyyat naziridir.
Təşkilat Komitəsinin üzvləri xarici işlər naziri, daxili işlər naziri, maliyyə naziri, fövqəladə hallar naziri, səhiyyə naziri, mədəniyyət naziri, təhsil naziri, gənclər və idman naziri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Miqrasiya Xidmətinin rəisi, Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti, “Azərişıq” ASC-nin sədri, Heydər Əliyev Mərkəzinin direktoru və Bakı Konqres Mərkəzinin direktorudur.
Təşkilat Komitəsinə 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət