Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar ayında 6,5 milyard manatlıq və ya 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 5,4% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyri neft-qaz sektorunda məhsul istehsalı 24,1% artıb.
Sənaye məhsulunun 72,2%-i mədənçıxarma sektorunda, 23%-i emal sektorunda, 4,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 93,3%, mebel istehsalı 85,7%, tikinti materiallarının istehsalı 85,1%, maşın və avadanlıqların istehsalı 69,8%, əczaçılıq məhsullarının istehsalı 63,2%, kimya sənayesi məhsullarının istehsalı 61,6%, hazır metal məmulatlarının istehsalı 59%, kompüter, elektron və optik məhsulların istehsalı 50,9%, poliqrafiya məhsullarının istehsalı 45,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 40,8%, neft məhsullarının istehsalı 28,3%, kağız və karton istehsalı 27,6%, qida məhsullarının istehsalı 19,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,6% artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4,7%, geyim istehsalı 6,4%, içkilərin istehsalı 12,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9%, tütün məmulatlarının istehsalı 30,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,2% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1% artıb.
2021-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 5,2% artıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət