“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov fevralın 11-də “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlovla görüşüb.
“C.Qurbanov işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb, çəkilən yeni dəmir yolu xətləri haqqında ətraflı məlumat verib”, - deyə ADY-nin mətbuat xidmətindən bildiriblər.
Cəmiyyət sədri nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsinə yeni imkanlar açıldığını vurğulayıb.
“Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Bakı-Dərbənd dəmir yolu xəttinin elektrikləşdirilməsi, Bakı-Yalama xəttinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üzrə işlərin maliyyələşdirilməsi və bu xətdə işlərin tamamlanma müddətləri ilə bağlı müzakirələr olub. Bu istiqamətdə Rusiya və Azərbaycan tərəflərində işlərin sinxronlaşdırılması, habelə işlərin cari gedişi, qəbul edilən texnoloji həllər barədə qarşılıqlı məlumatlandırılma qaydalarına baxılıb”, - deyə məlumatda qeyd olunur.
S.PavlovAzərbaycan Dəmir Yollarında görülən işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O, yükdaşıma sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini, yeni yüklərin cəlb olunması ilə bağlı imkanların bundan sonra da artırılacağını qeyd edib.
Bakı-Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.
Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanın Cənub-Şərqi Asiya ilə, eləcə də Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirilməsinə xidmət edir. Birinci mərhələdə bu dəhlizlə illik 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan artıq yük nəqli planlaşdırılır.
Bakı (Biləcəri)-Yalama dəmir yolunun uzunluğu 348 km-dir. Layihə Dünya Bankı və Fransa İnkişaf Agentliyinin kreditləri, eləcə də Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət