Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rektoru Mustafa Babanlı CEO Tea-də iştirak edib, Caspian Energy Club-un üzvləri ilə görüşdü. Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyev qeyd etdi ki, - CEO Tea şirkət rəhbərləri və nümayyəndələri üçün qeyri formal mühitdə ünsiyyət yaratmaq, fikir mübadiləsi aparmaq, öz xidmət və məhsullarını həm Caspian Energy Club-un üzvlərinə həmdə Klubdan kənar şirkətlərə tanıtmaq üçün əlverişli şərait yaradır.
“CEO Tea-in unikallığı ondan ibarətdir ki, kiçik və orta biznes nümayəndələri iri holdinq və transmilli şirkətlərin nümayəndələri ilə bir platformada qeyri formal mühitdə görüşüb ünsiyyət qura bilirlər. Bu networking imkanı kiçik və orta biznesin inkişafına stimul verir. Tədbirin məqsədi kiçik və orta biznesi təmsil edən iş adamlarının biznesinin inkişafı və irəliləməsidir, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafına yol açır. CEO Tea çərçivəsində Mustafa Babanlı aktual sual və təklifləri müzakirə edib cavablandırdı, sahibkarlarla universitet arasında əməkdaşlıq formatını müzakirə etdi.”- Telman Əliyev bildirib.
Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rektoru Mustafa Babanlıya təşəkkür edərək Caspian Energy Club-un fəxri üzvü sertifikatı ilə təltif edib.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət