“Azərbaycan Hava Yolları” QSC-nin Vitse-Prezidenti Eldar Hacıyev Caspian Energy Club-un təşkil etdiyi növbəti CEO Cocktail-də iştirak edib. Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Eldar Hacıyev Caspian Energy Club üzvlərini salamlayaraq Azərbaycanın Milli aviadaşıyıcısının cari fəaliyyətindən danışıb. Onun sözlərinə görə, ölkənin mülki aviasiyası uğurlu inkişaf etməyə və pandemiyanın fəsadları üzündən yaranmış çətinliklərdən mərhələli şəkildə çıxmağa davam edir.
“AZAL QSC koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində tətbiq edilən epidemiya əleyhinə məhdudiyyətlərin ardıcıl şəkildə aradan qaldırılması üçün fəal tədbirlər həyata keçirir. Sərnişin reyslərinin mərhələli şəkildə bərpası çərçivəsində işlər uğurla davam etdirilir.” – deyə Vitse-Prezident Eldar Hacıyev qeyd edib.
Daha sonra Eldar Hacıyev aviaşirkətin fəaliyyəti və Azərbaycanda mülki aviasiyanın inkişaf perspektivləri ilə bağlı görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Telman Əliyev qeyd edib ki, “Azərbaycan Hava Yolları” QSC,Caspian Energy Club-un ilk üzvlərindən biri olub və hər zaman bizi çox yaxın dostluq ve işgüzar əməkdaşlıq münasibətləri birləşdirib. XüsusiləAZAL -Caspian Energy Clubbirgəişçi qrupunun fəaliyyətinqeyd etmək istərdim. İşçi qrup çərçivəsində operativ formatda klub üzvlərinin sualları cavablandırılır, təklifləri dinlənilir ve fikir mübadiləsi aparılır. Bu əməkdaşlığa görə mən“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərova bütünCaspian Energy Club-un üzvləri adından və şəxsən öz adımdantəşəkkürümü bildirmək istəyirəm.
“CEO Cocktail şirkət rəhbərləri və nümayəndələri üçün qeyri-formal mühitdə ünsiyyət yaratmaq, fikir mübadiləsi aparmaq, öz xidmət və məhsullarını həm Caspian Energy Club-un üzvlərinə, həm də Club-dan kənar şirkətlərə tanıtmaq üçün əlverişli şərait yaradır. CEO Cocktail-in unikallığı ondan ibarətdir ki, kiçik və orta biznes nümayəndələri iri holdinq və transmilli şirkətlərin nümayəndələri ilə bir platformada qeyri-formal mühitdə görüşüb ünsiyyət qura bilirlər. Bu networking imkanı kiçik və orta biznesin inkişafına stimul verir. Tədbirin məqsədi kiçik və orta biznesi təmsil edən iş adamlarının biznesinin inkişafı və irəliləməsidir, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafına yol açır. CEO Cocktail çərçivəsində Eldar Hacıyev aktual sual və təklifləri müzakirə edib cavablandırdı, sahibkarlarla AZAL arasında əməkdaşlıq formatını müzakirə etdi.”- Telman Əliyev bildirib.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət