İnterfax-Azərbaycan-dan daxil olan sorğuya cavab olaraq NEQSOL Holding bildirir ki, Ukraynadakı vəziyyətlə əlaqədar holdinq Azərbaycan vətəndaşlarının təxliyəsinə dəstək göstərir. Təxliyə üzrə işlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin himayəsi altında, Ukraynada və qonşu ölkələrdəki Azərbaycan səfirlikləri və konsulluqları, eləcə də Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Vətəndaşların qayıtmasını təmin etmək üçün NEQSOL Holding və onun tərkibində olan Bakcell və Norm şirkətləri tərəfindən təyyarə reysləri təşkil olunub və 28 fevral tarixindən etibarən həyata keçirilməkdədir. Humanitar dəstək çərçivəsində vətəndaşlar pulsuz uçuş biletləri ilə təmin olunur.
Qeyd edək ki, bu reyslər Azərbaycan Hava Yolları (AZAL) tərəfindən təşkil edilən uçuşlara əlavə olaraq həyata keçirilir.
NEQSOL Holding həmçinin Ukraynanın Kiyev və Xarkov şəhərlərindən 2400-dən çox Azərbaycan vətəndaşının və 185 Türkiyə vətəndaşının dəmir yolu nəqliyyatı ilə Rumıniyanın paytaxtı Buxarest şəhərinə təxliyəsini təşkil edib.
Hazırda təxliyə üzrə işlər davam etməkdədir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət