(Şuşa, 11 mart, 2022) - Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin açılışını Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov edib. Məftun Abbasov bildirib ki, İdarə yaradıldığı gündən etibarən, cənab Prezidentin müvafiq tapşırığına uyğun olaraq şəhərdə bərpa işləri ilə yanaşı, müasir infrastruktur binaların inşası davam edir. Şəhərin tarixi görünüşün qaytarılması istiqamətində müvafiq işlər görülür. Cənab Abbasov 2022-ci ilin “Şuşa İli” elan olunmasını xüsusi vurğulayaraq bu il Şuşanın yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyi qeyd edibdir. Bu baxımdan, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi www.shusha.gov.az internet saytının istifadəyə verilməsi şəhərə gələn qonaqlar və Şuşanın tarixi ilə maraqlanan şəxslər üçün faydalı olacaqdır.
Qeyd olunan saytda müqəddəs şəhərin tarixi haqqında, görülməli yerləri, tarixi şəxsiyyətləri barəsində məlumatlar yer alıb, şəhərin tanınmış yerləri – Cıdır düzü, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Vaqifin muzey-məqbərəsi kompleksi, dahi Bülbülün ev-muzeyi və digər binalar haqqında məlumatlar əks olunubdur. Həmçinin saytda Şuşa şəhərində baş verən ən son xəbər və yeniliklər barədə məlumatlar daim yenilənir. Xaricdə yaşayan həmvətənlərimiz və əcnəbi vətəndaşların rahatlığı üçün saytdan istifadə 3 dildə- azərbaycan, rus və ingilis dillərində hazırlanıb. “Əlaqə” bölməsi vasitəsilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əlaqə saxlamaq və məktub bölməsinə yazaraq müraciət etmək mümkündür.
Təqdimatın sonunda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına xidməti vəsiqələr təqdim olunub.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət