Dövlət Sərhəd Xidməti İrandan 63 kq-dan artıq narkotik vasitənin qanunsuz keçirilməsi cəhdinin qarşısının alınması barədə məlumat yayıb.
Məlumata görə, mart ayının 9-da saat 22:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Marallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazinin kolluq və sıx qamışlıq olmasından istifadə edərək sərhəd pozucularından 1 nəfərin geriyə İİR istiqamətinə, digər 3 nəfərin isə Azərbaycan tərəfə qaçmaları müşahidə olunub.
Mart ayının 10-da saat 12:35 radələrində nəzarət altında saxlanılan hadisənin baş verdiyi əraziyə gələn 1 nəfər şübhəli şəxs geri qayıdarkən saxlanılıb. Onun Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Abdullayev Mehman Əli oğlu olması müəyyənləşdirilib. Saxlanılan şəxsin əlindəki 3 kisəyə baxış zamanı içərisində təxmini çəkisi 63 kq 305 qram narkotik vasitəyə (35 kq 450 qram “heroin”, 14 kq 140 qram “metamfetamin”, 13 kq 66 qram“marixuana”, 55 qram “tiryək” və 1970 ədəd psixotrop həblərə bənzər maddələr,eləcə də 6 şüşədə 10,5 litr “Çaykovski” markalı spirtli içki aşkar olunaraq götürülüb.
Azərbaycan ərazisinə qaçmağa nail olmuş 3 nəfər sərhəd pozucularının saxlanılması məqsədilə axtarış ərazisi müəyyən edilib, pilotsuz uçuş aparatlarının tətbiqi, xidməti itlərin cəlb edilməsi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində martın 11-də sərhəd pozucularının sərhədboyu zolaqda qamışlıq sahədə gizləndiyi yer aşkarlanaraq saxlanılıblar. Qaçaqmalçıların İran İslam Respublikasının vətəndaşları - 1977-ci il təvəllüdlü Quluzadə Əkbər Hüseyn, 1980-ci il təvəllüdlü Bagiri Malik Bəhrəm və 1998-ci il təvəllüdlü Əsədi Əli Əhsən olmaları müəyyənləşdirilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.*
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət