BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos bu gün Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Azərbaycanla Anlaşma Memorandumunun imzalanacağının anonsunu verib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Özünün Azərbaycana müxtəlif vaxtlarda səfərlərini xatırlayan Migel Angel Moratinos ölkəmizə son səfəri zamanı işğaldan azad olunmuş əraziləri ziyarət etdiyini və oradakı dağıntıları öz gözləri ilə gördüyünü vurğulayıb.
“Ölkəmizlə əməkdaşlığın növbəti mərhələdə möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xətti ilə “Peace for Culture” təşəbbüsü çərçivəsində addımların atıldığını bildirən Migel Angel Moratinos, yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağı və bu xüsusda Nyu-Yorkda xüsusi tədbirin keçiriləcəyini qeyd edib”, - deyə məlumatda bildirilir.
O, Azərbaycanda dinlərarası və sivilizasiyalararası dialoqa verilən əhəmiyyət, habelə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib, eyni zamanda, Azərbaycan tərəfindən bu xüsusda atılan addımların əlamətdar və nümunəvi olduğunu bildirib.
Ceyhun Bayramov Azərbaycanda ənənəvi olaraq çoxmillətli və müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yaşadığını bildirib. Azərbaycanın multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu qeyd edib. Eyni zamanda, Ceyhun Bayramov Azərbaycanın münaqişənin təsirinə məruz qalan ərazilərində yaşayan erməni əsilli vətəndaşların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlarını təmin edərək onları yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək üçün addımlar atmaqda qətiyyətli olduğunu bildirib.
Postmünaqişə dövründə, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin mühafizə və bərpası istiqamətində atılan addımlara toxunan nazir Ceyhun Bayramov, bu xüsusda işğaldan azad olunmuş ərazilərdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irs nümunələrinin qorunması, bərpası, habelə restavrasiyası istiqamətində beynəlxalq ekspert və qurumlarla əməkdaşlıq edildiyini diqqətə çatdırıb, həmçinin bunun Azərbaycanın sözügedən prosesdə nə qədər şəffaf və açıq olduğunu göstərdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.*
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət