Ölkədə maliyyə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt”MMC və “Access Bank” QSC-nin birgə əməkdaşlığı çərçivəsində agent bankçılıq modelinin tətbiqinə start verilib. Regionlarda maliyyə inklüzivliyinin yüksəldilməsini hədəfləyən layihə Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilir.
Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün bu modeldən geniş istifadə edilir.
Qeyd edək ki, layihə Azərbaycanda ilk dəfədir reallaşdırılır və agent bank funksiyasını “Azərpoçt” MMC həyata keçirəcək.
Müqaviləyə əsasən, layihəyə “Azərpoçt”un ilk olaraq Ağdaş rayonundakı filialı qoşulacaq. Artıq mart ayından etibarən vətəndaşlar həmin poçt filialında bank əməliyyatlarını həyata keçirə biləcəklər. Müştərilərə ilk növbədə mikro və aqrokreditlər, həmçinin istehlak kreditləri və debit kartları təklif olunacaq.
“Azərpoçt”MMC və “Access Bank” QSC arasında əldə olunmuş razılığa əsasən, bu il ərzində agent bankçılıq layihəsi daha bir neçə regionu əhatə edəcək.
Layihənin reallaşması nəticəsində bank məhsulları və xidmətləri bölgə sakinləri üçün daha əlçatan olacaq.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət