Bakı Ali Neft Məktəbində ( BANM ) Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları salamlayaraq türkiyəli həmkarı Mustafa Aydını yenidən Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Rektor Elmar Qasımov BANM-in fəaliyyətindəki yeniliklər, nailiyyətləri, beynəlxalq əlaqələri və tədris prosesinin təşkili haqqında məlumat verib. Qonaqpərvərliyə görə Bakı Ali Neft Məktəbinin rektoruna xüsusi təşəkkür edən Mustafa Aydın təhsildə milli mənəvi dəyərlərin təbliğinin vacibliyinə toxunub. Bildirib ki, sürətlə dəyişən və qloballaşan dünyada bu məsələ daha çox əhəmiyyət kəsb edir. Rektor Elmar Qasımov isə rəhbərlik etdiyi Ali Məktəbdə bu məqama xüsusi diqqət yetirildiyini vurğulayıb. Bu yaxınlarda Azərbaycanda keçiriləcək “Texnofest 2022 “ festivalında iştirak edəcək 33 BANM komandasının hamısına milli adların verildiyini diqqətə çatdırıb. Səmimi mühitdə keçən görüşdə gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Yeri gəlmişkən, Avrasiya Universitetlər Birliyi ( EURAS ) 2008 - ci ildə İstanbulda təsis edilib. Təşkilat Avropa, Asiya və Yaxın Şərq regionlarındakı 80 - dən artıq universiteti birləşdirir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət