“ADY Express” MMC ("Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi) Qazaxıstandan Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu ilə mazut daşımalarına başlayıb. Bu barədə şirkətdən məlumat verilir.
"Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, nəqliyyat və logistika sisteminə də təsir edib. Artıq yük sahibləri Rusiya ərazisindən tranzit yükdaşımalarından imtina edərək, yük axınlarının istiqamətini dəyişdirməyə çalışırlar. Bu, ilk növbədə, Rusiyanın Avropa ilə sərhədlərin qapalı olduğundan və dəniz limanlarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədardır. Alternativ marşrutlardan biri kimi, Azərbaycandan keçən Şərq-Qərb nəqliyyat dəhlizi seçılıb», - şirkətdən qeyd edilib.
“ADY Express”in məlumatına görə, artıq qazaxıstanlı yük sahibləri Qərb istiqamətində daşımalarda, bu dəhlizdən istifadəyə başlayıblar. “ADY Express” Qazaxıstandan mazutun Qərb istiqamətində nəqinə başlayıb. Şirkətə daxil olan sorğuya əsasən, mart ayında Gürcüstanın Batumi limanına qədər Qazaxıstandan mazutun nəql edilməsi planlaşdırılır. Mazut Qazaxıstanın Tekesu stansiyasında çən vaqonları yüklənərək, Ələt limanına (Azərbaycan) çatdırılacaq, buradan isə dəmir yolu ilə Batumi limanına nəql ediləcək”, - məlumatda deyilir.
Şirkət həmçinin qeyd edir ki, yüklərin bir hissəsi Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə nəql olunacaq.
“Şərq-Qərb” və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Çindən Türkiyə və Aİ ölkələrinə, həm də geri istiqamətdə yükdaşımalarının artırılması üçün nəzərdə tutulur. Bu nəqliyyat marşrutununun idarəedilməsi və inkişafı Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu tərəfindən həyata keçirilir. Konsorsiumun iştirakçıları: Çində - Çin Dəmir Yolları, Qazaxıstanda - “KTZ Express”, Xəzərdə - Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycanda - “ADY Express”, Gürcüstanda – “Trans Qafqasus Terminals”dır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət