Yelo Bank İnternet Bankçılıq (İB) xidmətini müştəriləri üçün rahatlaşdırmağa davam edir. Artıq hüquqi şəxs və sahibkarlar İB xidmətinə Google Authenticator vasitəsilə giriş edə biləcəklər.
Google Authenticator istifadəçinin internet bankçılıqa daxil olmaq üçün birdəfəlik 6 rəqəmli rəqəmsal şifrə təqdim edən iki addımlı identifikasiya üsuludur. Bu identifikasiya alətinin əsas üstünlüyü harada olmağınızdan asılı olmayaraq internet şəbəkəsi varsa, tam təhlükəsiz İB xidmətinə giriş imkanını təqdim etməsidir.
Bu funksionallığı şəxsi kabinetdə tənzimləmələr hissəsindən aktivləşdirmək mümkündür. Smartfona Google Authenticator mobil əlavəsini yükləməklə kabinetdə təsvir olunmuş QR kodu tətbiqdə skan edə və ya QR-ın aşağısındakı kodu daxil etməlisiniz. Qeyd edək ki, İB xidmətinə həmçinin, elektron poçt ünvanı və ASAN imza ilə giriş imkanı da var.
Yelo Bankın ən müasir texnoloji həllər əsasında qurulmuş İnternet Bankçılıq xidməti sayəsində filiallarda təklif olunan bank xidmətlərindən distant və təhlükəsiz şəkildə, 24/7 yararlanmaq mümkündür. Xidmətə qoşulmaq üçün Yelo Bank filialına yaxınlaşıb hesab aça bilərsiniz. Bankda hesabı olan müştərilərin isə onlayn qeydiyyatdan keçmələri kifayətdir (https://ibank.yelo.az/az/login). İB xidmətində aşağıdakı bir çox imkanlardan faydalana bilərsiniz:
· Bir və ya bir neçə hesab üzrə gəlir və xərclərin dinamikasının qrafikini izləmək
· Ödənişlərin müddətini əhəmiyyətli dərəcədə azaldacaq şablonların yadda saxlanılması və avtomatik ödənişlərin yaradılması funksiyaları
· Məzənnənin rezervasiyası imkanı. Bu funksiya optimal valyutanın alış-satış nisbətini əldə etməyə imkan verir
· Kredit sifarişi və ödəniş cədvəli
· Kartların onlayn idarəedilməsi (mədaxil, bloklaşdırma, blokdan çıxarılma)
· Bütün işçilərin əmək haqlarının bir dəfəyə ödənilməsi
· Fərdi funksionallığı olan işçilərin əlavə edilməsi
· Kütləvi ödənişlər
· Tam onlayn bank qarantiyası məktublarının alınması və s.
Bütün bu funksiyalar şirkətlərin işini rahatlaşdırmaq, sənədləşmənin həcmini azaltmaqla yanaşı, şirkət hesabları və əməliyyatlarına nəzarəti də gücləndirəcək.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət