Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İctimai Birliyinin ilk geniş iclası baş tutub. Bu barədə İctimai Birliyin sədri Kamran Həbibov bildirib.
Kamran Həbibov qeyd edib ki,- “Assosasiyanın əsas məqsədi cənab Prezident İlham Əliyevin 2016-cı il 6 Dekabr tarixli 1138 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının milli iqtisadi perspektivi üzrə strateji yol xəritəsində əksini tapmış logistika sektorunu inkişaf etdirməkdir.
Bundan irəli gələrək assosasiya qarşısına bir neçə məqsədlər qoymuşdur. Onlardan ən mühümü dövlət orqanları ilə sıx əlaqədə olmaq, əməkdaşlıq etmək, logistika bazarı haqqında son və aktual məlumatı dövlət orqanlarına çatdırmaq, kölgə bazarının ağardılması üçün praktiki təkliflər vermək, sektorun sağlam inkişafı üçün töhvələrini vermək, ölkəmizin müxtəlif təhsil və təlim ocaqları ilə birlikdə xarici mütəxəssisləri cəlb edərək praktiki məşğələlər və təlimlər təşkil edib yerli kadrların peşakarlığını artırmağ, yeni kadrlar yetişdirmək, qonşu ölkələrin, xüsusilə, qədim ipək yolunda yerləşən ölkələrin müvafiq qurum və assosasiyaları ilə əlaqələr yaratmaq, Azərbaycan üzərindən tranzit daşınmalarını təbliğ etməkdir.”
Toplantı İclas Azərbaycan Texniki Universitetdə keçirilib. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəiyev toplantı iştirakçılarını salamlayaraq Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası ictimayi birliyinin önəmliyini qeyd edib. “Bu cür ictimai birliklər ilə universitetimizin sıx əməkdaşlıqı yeni və yüksək ixtisaslanmış kadrların formalaşmasında böyük stimul olacaqdır. Tələbələrin universitet tərəfindən verilən elmi biliklərə və assosasiya üzvlərinin bölüşəcəkləri praktiki biliklərə arxalanacaqları onların yüksək ixtisaslaşmış kadr olacağlarında əminlik yaradır.”
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Aidə Bayramova, Nəqliyyat siyasəti şöbəsinin müdiri Elnur Quliyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəiyev və Logistika və Nəqliyyat İnstitunun Direktoru Fuad Daşdəmirov Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İB-nin iclasında iştirak ediblər.
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İB-nin sədr müavini Rəşad Abasov qeyd edib ki,- “İclasımızın məqsədi müasir dunyada gedən prosesləri müzakirə etmək, onların nəticəsi olaraq ölkəmizin nəqliyyat sektoruna göstərə biləcək mənfi və müsbət effektləri, qarşımıza çıxan çağrıları və perspektivləri müzakirə etməkdir. Müzakirə olunmuş məsələlərin nəticələri, verilmiş təkliflər müvafiq dövlət orqanlarına və ölkə rəhbərliyinə çatdırılacaqdır.”
Qeyd edək ki, Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İctimai Birliyi ölkədə aparıcı nəqliyyat ekspeditor, avtonəqliyyat, gömrük brokeri, tanınmış yerli və beynəlxalq şirkətlər tərəfindən yaradılmişdır və 2021-ci ildə qeydiyyata alınmışdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət